Makron Putini məyus etdi: “Qazın pulunu rublla ödəyə bilmərik”

Hazırda oxunan: Makron Putini məyus etdi: “Qazın pulunu rublla ödəyə bilmərik”

67042

"Bağlanan müqavilələrə görə Rusiya qazının rublla ödənişi mümkün deyil".

Bizim.Media Yelisey sarayına istinadən xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron Vladimir Putinə deyib. 

Xatırladaq ki, iki lider arasında telefon danışığı dünən baş tutub. Kremldən verilən açıqlamaya görə, Putin və Makron qaz tədarükünün rublla ödənilməsi məsələsini müzakirə edib.

Qeyd edək ki, Vladimir Putin Nazirlər Kabinetinə, Mərkəzi Banka və “Qazprom”a martın 31-dək dost olmayan ölkələrə qaz nəqli üçün ödənişləri rubla köçürməyi tapşırmışdı.

Eyni zamanda, o, Rusiya qazının daha əvvəl bağlanmış müqavilələrdə müəyyən edilmiş həcmdə və qiymətlərlə tədarükünü davam etdirəcəyini bildirib.
Qaz alıcıları ödənişlərin valyutasının dəyişdirilməsi ilə bağlı müxtəlif mövqelər bildiriblər. Belə ki, Almaniyanın iqtisadiyyat naziri Robert Habek bazar ertəsi bildirib ki, G7 ölkələri Rusiya hakimiyyətinin tələbindən imtina edirlər. Eyni fikir daha sonra Avropa Komissiyasında da ifadə edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin