Energetika naziri Pərviz Şahbazov “8-ci Berlin Enerji Keçidi Dialoqu” konfransı çərçivəsində “Ədalətli və sosial enerji keçidinə təkan verən amillər” mövzusunda keçirilən panel müzakirələrində çıxış edib.
Bizim.Media xəbər verir ki, nazir ədalətli enerji keçidi, enerji təchizatı ilə bağlı misli görünməmiş qeyri-müəyyənliklər şəraitində dekarbonizasiya ilə müqayisədə aktuallaşan enerji təhlükəsizliyi, eləcə də Azərbaycanın enerji müstəqilliyini təmin edən amillər və bərpa olunan enerji kursu ilə bağlı fikirlərini bölüşüb.
Nazir deyib ki, Azərbaycan enerji sahəsində xarici təchizatçılardan asılılığı və enerji təhlükəsizliyində heç bir problemi olmayan ölkədir.
Üstəlik həm neft-qaz, həm də elektrik enerjisi ixracatı bu gün region ölkələri ilə yanaşı Avropa ölkələrinin də enerji təhlükəsizliyinə töhfə verir:
“Enerji müstəqilliyimiz, enerjiyə ehtiyacın daxili imkanlar hesabına təmin edilməsi bizim gücümüzdür, üstünlüyümüzdür. Bu, bizə imkan verir ki, enerji təhlükəsizliyindən dekarbonizasiyaya doğru addımlayaq. Enerji balansımızda yaşıl enerjinin payını daha da artıraq. Biz hazırda etibarlı tərəfdaş rolumuzu davam etdirir, həm də bərpa olunan enerji mənbələrindən geniş istifadə üzrə planlarımızı icra edirik. Deyə bilərik ki, hazırki kataklizmlər dövründə Azərbaycan yaşıl enerji ilə bağlı hədəflərini problemsiz və fasiləsiz reallaşdıran azsaylı ölkələrdəndir.”
Müzakirələrdə TAP layihəsinin avropalı istehlakçıların enerji ilə sabit təchizatında töhfələrinə də toxunulub.
Qeyd edək ki, panel müzakirələrində Yunanıstanın ətraf mühit və energetika naziri Kostas Skrekas, Avstriyanın iqlim fəaliyyəti, ətraf mühit, enerji, mobillik, innovasiya və texnologiya üzrə federal naziri Leonore Gevessler, Fransanın ekoloji keçid məsələləri üzrə naziri Barbara Pompili, Şri-Lankanın Energetika Nazirliyinin katibi K.D.R. Olga və “Bakulu Power “şirkətinin baş icraçı direktoru Lucia Bakulumpagi-Vamala iştirak edib.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
09:25 / 30.03.2022
Nazir: “Azərbaycan “yaşıl enerji” ilə bağlı hədəflərini reallaşdıran azsaylı ölkələrdəndir”
Hazırda oxunan: Nazir: “Azərbaycan “yaşıl enerji” ilə bağlı hədəflərini reallaşdıran azsaylı ölkələrdəndir”
Hazırda oxunan: Nazir: “Azərbaycan “yaşıl enerji” ilə bağlı hədəflərini reallaşdıran azsaylı ölkələrdəndir”
67041
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.