Rusiya Dövlət Dumasının deputatı Mixail Delyagin Azərbaycanla bağlı verdiyi bəyanatlara görə üzr istəyib.
Bizim.Media xəbər verir ki, o, bu barədə "Qovorit Moskva" radiosuna açıqlamasında bildirib:
MÖVZU İLƏ BAĞLI:
Rus deputatın “Bakını bombalamaq” SAYIQLAMASI – Rusiya qonşuları ilə düşmən olmaqda qərarlıdır – VİDEO
“Mən həm Rusiyada, həm Azərbaycanda, həm Ermənistanda, həm də başqa ölkələrdə yaşayan və dediklərimdən qorxan, inciyən və özünü təhqir olunmuş hesab edən hər kəsdən üzr istəyirəm.
Bununla belə, mən öz reputasiyamı qurban verməklə Azərbaycan xalqına böyük fayda gətirdiyimə inanıram.”
Qeyd edək ki, Delyagin “Rossiya 1” telekanalının efirində yayımlanan “60 dəqiqə” proqramında Azərbaycan ordusunun Xocalı rayonunun Fərrux kəndində yerləşməsi xəbərinə sərt reaksiya verib və Azərbaycanın neft sənayesinin bombalanmasını məsləhət görüb.
Bizim.Media