Musabəyovdan Delyaginə: "Azərbaycan neft sənayesi sizin “beşinci nöqtəniz”dən fərqli olaraq yaxşı qorunur"

Hazırda oxunan: Musabəyovdan Delyaginə: "Azərbaycan neft sənayesi sizin “beşinci nöqtəniz”dən fərqli olaraq yaxşı qorunur"

66924

Xəbər verdiyimiz kimi, rusiyalı deputat Mixail Delyagin “Rossiya 1” telekanalında yayımlanan “60 dəqiqə” proqramında Azərbaycan ordusunun Xocalı rayonunun Fərrux  kəndində möhkəmlənməsinə sərt şəkildə reaksiya verib və ölkəmizin neft sənayesinin bombalanmasını məsləhət görüb.

Azərbaycan Milli Məclisinin üzvü Rasim Musabəyov ona tutarlı cavab verib. 

Bizim.Media xəbər verir ki, deputat fikirlərinə “Jirinovski hazırda ölüm döşəyindədir. Onun yerini isə Rusiya Dövlət Dumasında ən epataj Rusiya siyasətçisi roluna girməyə çalışan yeni deputat Mixail Delyagin tutub” sözləri ilə başlayıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Rus deputatın “Bakını bombalamaq” SAYIQLAMASI – Rusiya qonşuları ilə düşmən olmaqda qərarlıdır – VİDEO 


Musabəyovun fikrincə, bir iqtisadçı kimi onu Rusiyada heç kim ciddi qəbul etmir:

“Buna görə də özünü geosiyasət və hərbi təhdidlər sahəsində sınamağa qərar verib. Martın 28-də RTR-in iyrənc “60 dəqiqə” verilişinin efirində o, Azərbaycanın neft infrastrukturuna hərbi zərbələr endirməyə çağırıb.

Ukraynanın işğalı ilə əlaqədar Rusiyanın enerji resurslarının alınmasına dair ABŞ, Avropa İttifaqı və digər Qərb ölkələrinin elan etdiyi embarqo kontekstində Moskva digər ixracatçı ölkələrdən qazın bazarda qıtlığını yaratmaq və sanksiyaların qarşısını almaq  əvəzinə neft tədarükünü süni şəkildə məhdudlaşdırıb.
Bu məqsədlə və uzaqgörən bir bəhanə ilə Qazaxıstan neftinin Novorossiyskdən daşınması dayandırılıb. Görünür, bədbəxt Kreml strateqlərinin bəzilərinin başında oxşar fikirlər fırlanır və bunu demək Delyaginə həvalə edilib”.

Rasim Musabəyov xatırladıb ki, Azərbaycan postsovet məkanında hava hücumundan və raketdən ən müasir müdafiə sisteminə malikdir:

“2020-ci ildə 44 günlük müharibə zamanı enerji obyektlərimiz etibarlı şəkildə qorunub. İngilis yazıçısı Robert Lyuisin məşhur sözlərini xatırlayıram: “...şüşə evdə yaşayan başqalarına daş atmamalıdır”.

Delyaqinin Rusiya Federasiyasında siyasi və sosial çəkisi o qədər kiçikdir ki, Rusiya Federasiyasının enerji infrastrukturunu  demirəm, hətta onun özü “beşinci nöqtəsinin” təhlükəsizliyini belə təmin edə bilməz.
Odur ki, dövlət telekanalının ekranından indiyə qədər Rusiyaya dost olan Azərbaycanın neft infrastrukturunun məhv edilməsi ilə bağlı təhdidləri məsuliyyətsiz şəkildə səsləndirməməli idi”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin