Bizim.Media-nın elektron poçtuna “Astaranın Gənc Alimləri” imzalı müəllif tərəfindən Astara rayon Təhsil Şöbəsinin müdiri Rəşad Həsənovla Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Rəşad Mahmudov arasında baş verən qalmaqalla bağlı yazı göndərilib.
Yazıda qeyd olunur ki, mənfi mənada məşhur olan Astara Rayon Təhsil şöbəsinin müdiri Rəşad Həsənovun əməlləri ilə bağlı şok faktın üstü açılıb. İddiaya görə bir neçə ay öncə, rayonun deputatı Rəşad Mahmudovun Rəşad Həsənovla toqquşması baş verib.
Nəticədə Həsənov qorxuya düşərək, geri çəkilib və istəməsə də, deputatın göstərişini icra etməli olub. Belə ki, Rəşad Həsənovun özbaşınalığı və rayon ziyalılarına təhqiramiz münasibəti deputatı özündən çıxarıb və məsələyə müdaxilə edib.
Toqquşmanın səbəbi isə rayonun məşhur müəllimlərindən olan Nuranə Həmidovanın direktorluqdan məhrum edilməsi olub.
Yazıdakı iddiya görə dəfələrlə təhsil müdiri tərəfindən “gözümçıxdıya salınan” Nuranə Həmidova deputata müraciət edib. Deputat isə məsələyə sərt şəkildə müdaxilə edərək, təhsil şöbə müdirinə ciddi xəbərdarlıq edib. Onun bu xəbərdarlığından sonra isə Rəşad Həsənov Nuranə Həmidovaya direktorluq təklif edib.
Yazıda Astara Rayon Təhsil Şöbəsinin müdiri ölkənin ən yarıtmaz təhsil rəhbərlərindən biri kimi ifadə olunub. Həmçinin qeyd olunub ki, Rəşad Həsənov daha öncə Astara rayon Y.Ağayev adına Artupa kənd məktəbinin direktoru Zaur Hüseynovu da sırf şəxsi səbəbdən işdən uzaqlaşdırıb. Sonradan Zaur Hüseynov qanunsuzluğu sübut edərək, ondan üzr istəmişdi.
Yazıda adı hallanan deputat Rəşad Mahmudovun məsələyə münasibətini öyrəndik. Deputat Bizim.Media-ya açıqlamasında yazılanların həqiqəti əks etdirmədiyini bildirsə də, direktorluqdan məhrum edilən Nuranə Həmidovanın ona müraciətini təsdiqləyib:
“Həmin məsələdə bəzi müəmmalı məqamlar var. Əvvəla qeyd edim ki, Nuranə xanım rayonda kifayət qədər tanınmış ziyalı, pedaqoq və ictimai fəal bir insandır. O ki qaldı rayonun təhsil müdiri Rəşad Həsənovun fəaliyyətinə, ümumi fikrim son illərdə Astara təhsil sistemində var olan irəliləyişin digər rayon təhsil şöbələri ilə müqayisədə ürəkaçan olmasıdır. Hətta Astara təhsilində bəzən qürurverici hadisələr yaşayırıq”.
Deputat rayon təhsil şöbəsinin müdiri ilə hər hansı qalmaqal yaşanmadığını qeyd edib:
“Rəşad Həsənova tərəfimdən nəinki ciddi irad olunub, onunla qarşılıqlı münasibətlərdə, istər rayon ictimaiyyəti arasında, istərsə də dövlət hakimiyyəti orqanları arasında hər hansı bir narazılıq olmayıb. Nuranə xanımın bir il əvvəl mənə olan müraciətinə görə Rəşad Həsənovla danışığımız olub.
Əlbəttə ki, Təhsil Nazirliyinin qaydalarına, eləcə də qanunvericiliyə xas şəkildə məsələ ilə bağlı ola biləcək maksimal köməkliyin göstərilməsi bildirilib.
Bildiyim qədər lazım olan gedişat haqqında lazım olan yardımlar edilib. İndiki real vəziyyətlə bağlı heç nə deyə bilmərəm. Çünki məlumatım yoxdur. Əminəm ki, məsələ ən uygun şəkildə həllini tapacaq”, -deyə Rəşad Mahmudov əlavə edib.
Deputat sonda bildirib ki, bundan sonra yazılan müraciət və məktubların anonim ad ilə yox, açıq şəkildə yazılması həm etik, həm də hüquqa uyğun olar. O, müraciətçilərdən bunu nəzərə almalarını xahiş edib.
Alçina Amilqızı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:35 / 29.03.2022
Astara Təhsil Şöbə müdiri ilə RƏŞAD MAHMUDOV arasında nə BAŞ VERİR? – İLGİNC detallar
Hazırda oxunan: Astara Təhsil Şöbə müdiri ilə RƏŞAD MAHMUDOV arasında nə BAŞ VERİR? – İLGİNC detallar
Hazırda oxunan: Astara Təhsil Şöbə müdiri ilə RƏŞAD MAHMUDOV arasında nə BAŞ VERİR? – İLGİNC detallar
66912
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.