Azərbaycan 2022-ci ilin yanvarında buğda idxalını ötən ilin eyni dövrü ilə müqayisədə 4,2 dəfə artırıb.
Bizim.Media bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən məlumat verir.
Qeyd olunur ki, hesabat dövründə 93,7 min tondan çox buğda idxal edib.
Yanvar ayında ölkəyə idxal olunan buğdanın dəyəri 32,475 milyon dollar təşkil edib ki, bu da 2021-ci ilin yanvarı ilə müqayisədə 4,5 dəfə çox olub.
Hesabatda qeyd olunur ki, buğdanın 50,1 faizi Qazaxıstandan, 49,9 faizi isə Rusiyadan idxal olunub. Ötən ilin yanvarı ilə müqayisədə Rusiyadan idxal 37,1 faiz azalıb, Qazaxıstanın isə payı müvafiq olaraq 37 faiz artıb.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
12:23 / 29.03.2022
Azərbaycan buğda idxalını 4 dəfədən çox artırdı
Hazırda oxunan: Azərbaycan buğda idxalını 4 dəfədən çox artırdı
Hazırda oxunan: Azərbaycan buğda idxalını 4 dəfədən çox artırdı
66906
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.