Yaponiyadan QƏRAR - Bu məhsulların Rusiyaya ixracını dayandıracaq

Hazırda oxunan: Yaponiyadan QƏRAR - Bu məhsulların Rusiyaya ixracını dayandıracaq

66875

Yaponiya Rusiyaya lüks malların, o cümlədən premium avtomobillərin və qiymətli daşların ixracını qadağan edəcək.

Bizim.Media xəbər verir ki, bu barədə Yaponiyanın iqtisadiyyat, ticarət və sənaye naziri Koiçi Haqiuda Tokioda keçirilən mətbuat konfransında bildirib.

"Hökumət Rusiyaya lüks malların, o cümlədən premium markalı avtomobillərin, qiymətli daşların, zinət əşyalarının ixracına qadağa qoymaq qərarına gəlib. Qadağa aprelin 5-dən qüvvəyə minir” – deyə nazir qeyd edib.

Onun sözlərinə görə, Yaponiya beynəlxalq ictimaiyyətlə, ilk növbədə, G7 ölkələri ilə Ukraynada keçirilən xüsusi hərbi əməliyyatla bağlı anti-Rusiya sanksiyaları məsələsində sıx koordinasiyanı davam etdirəcək.
Tərtib etdiyi siyahıya spirtli içkilər, tütün məmulatları, ətriyyat, kosmetika, dəri və xəz məmulatları, geyim, ayaqqabı, papaqlar, xalçalar, zərgərlik və keramika məmulatları, şüşə qablar, dalğıc ləvazimatları, avtomobil və motosikletlər, noutbuklar, saatlar (qiymətli metallardan istifadə edilən modellər) daxildir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin