ABŞ 2040-cı ilə qədər Marsa insan göndərməyi planlaşdırır.
Bizim.Media xarici KİV-lərə istinadla xəbər verir ki, bunu NASA rəhbəri Bill Nelson bildirib.
B.Nelson ABŞ Prezidentin 2023-cü il büdcə təklifi ilə bağlı illik çıxışı zamanı deyib: "Planımız 2040-cı ilə qədər insanların Marsda gəzməsinə nail olmaqdır".
NASA-nın 2023-cü il üçün təklif etdiyi 26 milyard dollarlıq büdcəyə Marsa gələcək insan missiyalarına hazırlıq üçün xərclər daxildir.
Bundan əvvəl NASA "Artemis" proqramı çərçivəsində Ayın tədqiqi üçün daha bir eniş modulu yaratmağı planlaşdırdığını açıqlayıb. "Artemis" proqramı üçün əsas eniş aparatı hazırda “SpaceX” tərəfindən hazırlanır.
Bizim.Media