Martın 28-də Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Respublikasının Prezident İlham Əliyevə zəng edib.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Söhbət zamanı Prezident Volodimir Zelenski Azərbaycan dövlət başçısını Ukraynadakı vəziyyət barədə məlumatlandırıb.
Prezidentlər humanitar dəhlizlərin yaradılması və sülh danışıqlarının davam etdirilməsinin vacibliyini qeyd ediblər.
Telefon danışığı əsnasında Prezident Volodimir Zelenski tibbi ləvazimatlar daxil olmaqla, Ukraynaya göstərilən humanitar yardıma görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib.
Prezident İlham Əliyev bildirib ki, Azərbaycan daim humanitar məsələlərə böyük önəm verir və xüsusi diqqətlə yanaşır.
***
Azərbaycan Prezidenti İlham Əliyevlə ukraynalı həmkarı Volodimir Zelenski arasında telefon danışığı olub.
Bizim.Media xəbər verir ki, bu barədə V.Zelenski "Twitter" hesabında paylaşım edib.
"Mülki əhaliyə edilən yeni hücumlar barədə İlham Əliyevə məlumat verdim. Yaşıl dəhlizlərin yaradılmasının zəruriliyini müzakirə etdik. Humanitar yardıma və əkin üçün yanacaq verməyə hazır olduğuna görə Azərbaycan Prezidentinə təşəkkür edirəm".
Bizim.Media
Провів переговори з Президентом Азербайджану @azpresident. Поінформував про нові удари по мирному населенню. Обговорили негайну потребу в зелених коридорах. Подякував за гуманітарну допомогу та готовність забезпечити пальним для посівної.
— Володимир Зеленський (@ZelenskyyUa) March 28, 2022