Ürəyim andıra qalsın, nə qədər səydi mənim?- Şeirlər

Hazırda oxunan: ÜrÉ™yim andıra qalsın, nÉ™ qÉ™dÉ™r sÉ™ydi mÉ™nim?- ÅžeirlÉ™r

66794
Moderator.az-ın dostlarından olan şair-publisist Heydər Oğuzun bir neçə şeirini oxucularımıza təqdim edirik:




Qəzəlllər

Yaradan kimsəyə çox gördüsə başdan çörəyi,
Çıxacaqdır özün öldürsə də daşdan çörəyi.


Rüşvətə kim bulaşar, gündə yeni zurna çalar,
Qazanır zurnaçılar çünki “şabaÅŸâ€x9ddan çörÉ™yi.


Bir zamanlar yiyədən buğda oğurlardı nökər,
Yiyələr indi oğurlar qaravaşdan çörəyi.


Hər gözü yaşlıya məzlum deyib aldanma, könül,
Varlı vardır, qazanar gözdəki yaşdan çörəyi?


Kasıbın haqq savaşı yağdı Firon dürməyinə,
Oğuz, onlar çıxarır çünki savaşdan çörəyi.


***


Dikmə göz zirvəyə, eşşək də ora çulla çıxar,
Kiməsə xidmət için oynadığı rolla çıxar.

Sürünən əfi daşın üstə qabıq iz buraxar,
Yürüyən əfisə pik nöqtəsinə pulla çıxar.

Hərənin ayrı olur, zirvələrə dırmanışı
Biri ağlıyla çıxarkən, biri əl-qolla çıxar.

Xaçına baxma, könül, zirvədə durmuş keşişin,
Hər cibindən arasan, cübbəli yüz molla çıxar.

Æx8fyridir, çünki dolanbacdı dağın üstÉ™ çığır,
Kimi gördün ki, Oğuz, zirvəyə düz yolla çıxar?


***


Sözə gəldikdə Vətən uğruna candan keçərik,
İşə gəldikdə susub gizlicə yandan keçərik.

Æx8fldÉ™ bayraq edÉ™rik cÉ™ddimizin ad-sanını,
Pul görüncə unudub ad-sanı şandan keçərik.

Hamı öz yurdunu qanla yoğurub millət olub,
BizsÉ™ “mÉ™nâ€x9d olmaq üçün hirs ilÉ™ qandan keçərik.

Çoxdan insanlıq atıb qul, kölə olmaq daşını,
Köləlikdən nə bezər bizsə, nə xandan keçərik.

DüşmÉ™nÉ™ “xoxâ€x9d gÉ™lÉ™rik; qonÅŸu desin, elsevÉ™rik,
Saxta hərb uğruna onlarla cavandan keçərik.

Saxtadır sevgimiz, ondandır ki, qardaşlıq üçün
Keçərik hər şeyi, amma ki, yalandan keçərik.

Duyduğun hər sözə, hər cümləyə aldanma, Oğuz!
Çünki boÅŸ sözdü desÉ™k: – “dosta filandan keçərikâ€x9d.

***

Bilmirəm, xətrinə heç hansı sözüm dəydi mənim?
Sallanan mısmırığın qamətimi əydi mənim.

Heyrətindən səni görcək dolaşar dil dodağa,
Dil çaşıb doğru demişdirsə, suçum nəydi mənim?

Elə yelli gəzərək süzmə, gözəl, çünki dilim
Küləyin səndən alıb qəmlə ötən neydi mənim.

Görmək istər səni, gördükdəsə ağlın itirər,
Ürəyim andıra qalsın, nə qədər səydi mənim?

Görərək halımı dalğın, qınama, Heydəri sən,
Həsrətin ağrılarından ürəyim keydi mənim.

***


15 bir adlamac daşıdır, oğlum!

Oğlum Nicatın 15 yaşına

15 il kiminə bir göz qırpımı,
Kiminə bir igid yaşıdır, oğlum!
15-lə başlayır çox yol ayrımı,
15 bir adlamac daşıdır, oğlum!

Yeni bir yaşına girirsən bu gün,
Qocalır get- gedə uşaqlığın da.
Xəbərin vardırmı, durursan bu gün
Gəncliyin bir addım uzaqlığında?

Nə boyun o boydur, nə səsin o səs,
Başqa cür olursan sən ildən ilə.
İndi daha dərin aldığın nəfəs
Özgə bir istilik yayır mənzilə.

Oyun, oyucaqlar qalıb dünəndə
Sən kişi paltarı geyirsən indi.
Günorta məktəbdən evə dönəndə
Qapını başqa cür döyürsən indi.

Bəlkə də, bəlkə də sən bizdən gizli
Içində müəmma, sir daşıyırsan.
Həm gözüm önündə, həm gözdən gizli
Iki insan ömrü sən yaşayırsan.

Uşaqlıq çağını vurursan başa,
Yeni günəş doğur üzünə, oğlum!
Æx8flvida deyirsÉ™n sÉ™n15 yaÅŸa
Baxma körpə kimi özünə, oğlum!

GeridÉ™ qoysan da ilk 15 ili
Minillik tarixin gen yaddaşısan.
Unutma, həm uşaq yaşdasan, bəli,
Həm neçə dahinin sən həmyaşısan.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin