25 ildir “Leyli”yə paltar tikən qadınla MÜSAHİBƏ 

Hazırda oxunan: 25 ildir “Leyli”yə paltar tikən qadınla MÜSAHİBƏ 

66756

Teatrda çalışan elə insanlar var ki, onların əl işlərini hər tamaşada görürük. Amma özlərini görə bilmədiyimiz kimi, çəkdikləri əziyyətdən də bixəbərik.

Bizim.Media ömrünün 25 ilini Akademik Opera və Balet Teatrına həsr edən teatrın geyim sexinin rəhbəri Sürəyya Tərlanova ilə söhbət edib. 

-  25 ildir bu teatrda çalışırsınız. Kimlər üçün paltar tikmisiniz?

-  Siz soruşun ki, kimlərə paltar tikməmişəm? Teatr truppamız çox genişdir. Balet, xor, solistlər... 25 il ərzində teatrımızın aktyorları ilə yanaşı, tanınmış sənət xadimlərimiz üçün ayrıca tikdiyimiz libaslar da olub. Məsələn, Xalq artistləri Brilliant Dadaşova, Aygün Kazımova, Gülyaz və Gülyanaq Məmmədova bacılarına dəfələrlə müxtəlif kostyumlar tikmişik.

Son 25 ildə Teatrımızın bütün “Leyli”lərinin paltarlarını isə mən hazırlamışam. Təbii ki, kostyum seximizin bacarıqlı dərziləri ilə birlikdə. 
-  Kostyumunu hazırladığınız ilk “Leyli”niz kim olub?  

-  İlk “Leyli”m Xalq artisti Nəzakət Teymurova olub. “Leyli və Məcnun”un əvvəllki illərini görməmişəm. Ona görə də 25 il əvvəl “Leyli” obrazında çıxış edən sənətkarlarımızla birgə işimiz olmayıb. Məsələn, Zeynəb Xanlarova, Rübabə Muradova, Nəzakət Məmmədova və başqalarını mən görə bilməmişəm. Amma Nəzakət Teymurovadan sonra Leyli obrazında çıxış edən bütün xanəndələrimizin kostyumlarını mən biçmişəm. Tamaşalarımızın kostyumlarını 3-4 aya hazırlayırıq. Təbii ki, qısa müddətdə hazırladığımız kostyumlarımız da olur.  

-  Kostyum sexində neçə nəfər çalışır? 

-  Mənimlə bərabər 8 nəfər dərzi var. Kostyumlarda olan bəzək işlərini görmək üçün 3 nəfər rəssamımız da çalışır. Mən işimi çox sevirəm. 25 il ərzində gördüyüm işin müqabilində heç bir fəxri titulum olmasa belə, işimdən, sənətimdən zövq alıram. 

Ülviyyə Həsənqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin