Neft məhsullarının istehsalı 25,4 faiz artıb – SON İKİ AYDA

Hazırda oxunan: Neft məhsullarının istehsalı 25,4 faiz artıb – SON İKİ AYDA

66726

Bu ilin yanvar-fevral aylarında neft məhsullarının istehsalının ümumi dəyəri 596,9 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 25,4 faiz artıb.

Dövlət Statistika Komitəsindən Bizim.Media-ya bildirilib ki, yanacaq mazutunun istehsalında 8,2 dəfə, avtomobil benzininin istehsalında 51,2 faiz, sürtkü yağlarının istehsalında 21,5 faiz, dizel yanacağının istehsalında 0,5 faiz artım olub. 

Neft koksunun istehsalı 12,2 faiz, neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı isə 17,4 faiz azalıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin