Bakıda çox sayda avtomobilin istifadə etdiyi yolun müxtəlif hissələrində süni maneələr quraşdırılıb. Nəticədə bu yoldan istifadə edən sürücülər problem yaşayırlar.
Bizim.Media xəbər verir ki, paytaxtın Suraxanı rayonu, Yeni Ramana qəsəbəsindən Şuşa şəhərciyi istiqamətinə gedən hissədə naməlum şəxslərin yolun hərəkət hissəsinə süni maneələr quraşdırıblar. Məhz bu səbəbdən sürücülər yoldan istifadə etməkdə çətinlik çəkirlər.
Yaxınlıqda yaşayan sakinlər bu yolda süni maneələrin quraşdırılmasının əleyhinə deyillər.
Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru Araz Əsgərli "Xəzər Xəbər''ə bildirib ki, yollarda bu cür manelərin qurulması qanunda inzibati xəta tərkibli hal sayılır və buna görə də cərimələr nəzərdə tutulur.
Araz Əsgərli onu da deyib ki, həmin əraziyə baxış keçiriləcək və problem həll ediləcək.
Mövzu ilə bağlı daha ətraflı videomaterialda:
Bizim.Media