İsveçrənin böyük sığorta şirkəti olan “Zurich Insurance” işarənin "yanlış təfsirindən" qaçmaq üçün sosial mediada tək hərfli "Z" loqotipindən istifadə etməyi dayandırıb.
Bizim.Media “Telegraph”a istinadən xəbər verir ki, bu haqda informasiyanı şirkətdən qəzetə bildiriblər.
"Sosial kanallarımızda Z" hərfinin ayrıca istifadəsini müvəqqəti dayandırırıq. Biz vəziyyəti diqqətlə izləyirik və lazım gələrsə, əlavə tədbirlər görəcəyik”, deyə qeyd ediblər.
Şirkətin loqosu mavi fonda ağ rəngli "Z" hərfidir və sığortaçının internet saytında istifadə olunur.
Xatırladaq ki, şirkətin 56.000 işçisi var. Fiziki şəxslərə, kiçik və orta biznesə, transmilli korporasiyalara xidmət göstərir və onun fəaliyyəti 210-dan çox ölkə və ərazini əhatə edir.
Bizim.Media
- A-
- A
- A+
Dünya
15:38 / 27.03.2022
İsveçrə sığorta şirkəti "Z" loqosundan imtina etdi
Hazırda oxunan: İsveçrə sığorta şirkəti "Z" loqosundan imtina etdi
Hazırda oxunan: İsveçrə sığorta şirkəti "Z" loqosundan imtina etdi
66615
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.