Xatirə bayağı mahnılara gizlin qulaq asanlara SƏSLƏNDİ: “Zövqünüzdən utanırsınızsa…”

Hazırda oxunan: Xatirə bayağı mahnılara gizlin qulaq asanlara SƏSLƏNDİ: “Zövqünüzdən utanırsınızsa…”

66570

“Tədbirlərinizə ifaçı yəqin ki, özü gəlmir, siz dəvət edirsiniz, yüksək qonorar verirsiniz. Bu da o deməkdir ki, "şandrika" mahnılara daha çox tələbat var”.  

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Xatirə İslam “İnstagram” hesabında yazıb.  

Reytinq yaradan, qalmaqala səbəb olan ifaçılara və mahnılarına daha çox tələbat olduğunu deyən sənətçi hər kəsi səmimi olmağa çağırıb: 

"Gəlin, düz danışaq. Siz ifaçını bayağı mahnı ilə daha çox tədbirlərinizə dəvət edirsiniz. Deməli, sizə belə mahnılar lazımdır. Bu gün efirlərdə reytinq, gündəm yaradan hansı ifaçılardır? Qalmaqala çox baxırsınız, yoxsa musiqili verilişə? Aparıcı görəndəki qalmaqal edib və bütün reytinqləri vurub, ölkə o verilişdən danışır, belə də davam edir, nə etməlidir? Sizə nə maraqlıdırsa, ifaçılar sizə onu hazırlayıb təqdim edir. 

Musiqi duyumu olmayan və maddi durumu yüksək olan insanlar bu gün çoxluq təşkil edir. Hamının zövqünə hörmətlə yanaşaraq demək istəyirəm ki, əziz ifaçılar və səhnəyə çıxanlar, bayağı musiqi yoxdur, bayağı ifa var.

Çoxları bayağı mahnı ifa edənlərə gizlin qulaq asırlar (çünki içi odur). Amma məclisinə səviyyəli musiqi təqdim edən ifaçıları dəvət edir. Özünüz olun, daha bəsdir. Zövqünüzdən utanırsınızsa, bir az dəyişin, xanımlar və cənablar". 

Qeyd edək ki, bir müddət əvvəl Əməkdar artist Sevda Ələkbərzadə İçərişəhərdə konsertdən bir video paylaşaraq, mahnını tənqid etmişdi. Sözügedən mahnı isə Türkan Vəlizadənin "Ağlıma bir ad gəlir" ifası olub.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin