İstanbulun Bosfor boğazında aşkarlanan partlayıcı maddə səbəbindən Qara dənizin Bolqarıstan ilə Türkiyənin Kocaeli vilayətinin Kefken rayonu arasındakı bölgəsində gecə saatlarında hər cür balıq ovu qadağan edilir.
Bizim.Media xəbər verir ki, bununla bağlı Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyindən yazılı açıqlama verilib.
Məlumatda bildirilib ki, bölgədə balıqçılıq edənlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə tətbiq ediləcək qadağa bu gündən qüvvəyə minəcək və yeni elan verilənədək davam edəcək.
Yeni tətbiq Qara dənizdə gün batandan gün çıxana qədər qayıqçılar da daxil olmaqla hər cür balıq ovu edən bütün balıqçılara şamil olunur.
Bizim.Media
- A-
- A
- A+
Dünya
21:56 / 26.03.2022
Türkiyə Qara dənizin bəzi hissələrində balıq ovunu qadağan etdi
Hazırda oxunan: Türkiyə Qara dənizin bəzi hissələrində balıq ovunu qadağan etdi
Hazırda oxunan: Türkiyə Qara dənizin bəzi hissələrində balıq ovunu qadağan etdi
66560
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.