Qəzaya düşən Çin təyyarəsindən sağ çıxan olmadı - 132 nəfərin hamısı ölüb 

Hazırda oxunan: Qəzaya düşən Çin təyyarəsindən sağ çıxan olmadı - 132 nəfərin hamısı ölüb 

66558

Martın 21-də qəzaya uğramış “Çin Şərq Hava Yolları” (“China Eastern Airlines”) şirkətinin “Boeing 737-800” sərnişin təyyarəsinin göyərtəsində olan 123 sərnişin və 9 heyət üzvünün hamısı ölmüş elan edilib. 

Bizim.Media xəbər verir ki, bu barədə Çin Mülki Aviasiya İdarəsi rəisinin müavini Hu Cencian martın 26-da keçirdiyi mətbuat konfransında məlumat verib.  

O, indiyədək aparılmış axtarış işləri nəticəsində təyyarədə olanlardan heç kimin sağ qalmasına dair iz tapılmadığını bildirib.  

“Biz müşahidə kameralarının video görüntülərini, hava hərəkətini idarəetmə məlumatlarını və qəza yerində dağıntıların strukturunu təhlil etdik. Biz əmin ola bilərik ki, qəzadan heç kim sağ çıxmayıb”, - deyə Hu Cencian bildirib. 

Çin Mülki Aviasiya İdarəsi rəisinin müavini bildirib ki, qəza yerində axtarış işləri davam etdiriləcək. 

Qeyd edək ki, Çinin Kunmin şəhərindən Quancou şəhəri istiqamətində uçarkən qəzaya uğrayan təyyarə Quansi Cuan muxtar bölgəsinin Tensiən rayonunda böyük sürətlə dağa çırpılıb və alışıb. Axtarış nəticəsində təyyarənin müəyyən hissələrinin irili-xırdalı qalıqları, “Qara qutu”lardan biri, insan cəsədlərinin qalıqları tapılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin