Eramızdan əvvəl 525-ci ildə tikilən qalanın bir hissəsi ziyarətçilərə açıldı - FOTO

Hazırda oxunan: Eramızdan əvvəl 525-ci ildə tikilən qalanın bir hissəsi ziyarətçilərə açıldı - FOTO

66546

Misirin paytaxtının “Köhnə şəhər” ərazisində qədim Babilistan qalasının bir hissəsi bərpa işlərindən sonra turistlərə açılıb. 

Bizim.Media xəbər verir ki, Misirə gələn əcnəbi turistlərin böyük marağına səbəb olacaq bu qədim qalada yerləşən Qibti Muzeyi də yeni eksponatlarla zənginləşdirilib. 

Qalanın içərisindəki divarlar yenilənib və günbəz hissəsi yenidən qurulub. Babilistan qalasının daha cəzbedici görünməsi üçün yeni işıqlandırma sistemi də quraşdırılıb.

Bu qədim abidənin ikinci hissəsi – Asılı Kilsə və Əmir Qapısı isə gələn il ziyarətçilərə açılacaq. 

Qahirənin qibti əhalisinin yaşadığı hissədə, Nil çayının deltasında yerləşən Babilistan qalası eramızdan əvvəl 525-ci ildə tikilib. Bu qədim abidənin həmin dövrdə Mesopotamiyadan gəlmiş insanlar tərəfindən tikildiyi ehtimal edilir.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin