Rusiya MN TƏKZİB ETDİ - Vətəndaşların hərbi komissarlığa çağırılması planlaşdırılmır

Hazırda oxunan: Rusiya MN TƏKZİB ETDİ - Vətəndaşların hərbi komissarlığa çağırılması planlaşdırılmır

66527

Rusiya vətəndaşlarının ehtiyatdan hərbi komissarlığa çağırılması ilə bağlı iddia edilən saxta zənglər Ukraynanın xüsusi xidmət orqanları tərəfindən həyata keçirilir. 

Bizim.Media-nın məlumatına görə, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib. 

Onun sözlərinə görə, bu cür saxta zənglər Ukrayna ərazisindən edilir, onlar həqiqətə uyğun deyil və Ukrayna xüsusi xidmət orqanlarının təxribatıdır. 

Konaşenkov Rusiya Federasiyasının Müdafiə Nazirliyinin ehtiyatda olan heç bir vətəndaşı hərbi komissarlıqlara çağırmadığı və çağırmağı planlaşdırmadığını vurğulayıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin