Bu gün YUĞ Teatrının mərhum baş rəssamı Rəşid Şerifin anım günüdür.
Bizim.Media xəbər verir ki, YUĞ Teatrının aktrisası Zümrüd Qasımova Rəşid Şerifin məzarını ziyarət edib.
İki il əvvəl dünyasını dəyişən rəssamın xatirəsini yad edən aktrisa Zümrüd Qasımova, ustadı Vaqif İbrahimoğlunun xatirəsini də əziz tutub.
Belə ki, Rəşid Şerif YUĞ Teatrının yaradıcısı Vaqif İbrahimoğlunun kiçik qardaşı olub. Rəşid İbrahim oğlu Həsənov (Rəşid Şerif) 1953-cü il sentyabrın 29-da Mərdəkanda doğulub. Azərbaycanın tanınmış karikaturaçı rəssamı, YUĞ Teatrının baş rəssamı, Respublikanın Əməkdar rəssamı olub.
O 1989-cu ildən ömrünün sonunadək, qardaşı Vaqif İbrahimoğlunun yaratdığı YUĞ Teatrında çalışıb.
2020-ci il martın 26-da uzun sürən ağır xəstəlikdən sonra, 66 yaşında vəfat edib. Vaqif İbrahimoğlu ilə yanaşı ailə qəbiristanlığında dəfn edilib.
Ülviyyə Həsənqizi, Bizim.Media
- A-
- A
- A+
Mədəniyyət
15:26 / 26.03.2022
Zümrüd Qasımova YUĞ teatrının baş rəssamını yad etdi - FOTO
Hazırda oxunan: Zümrüd Qasımova YUĞ teatrının baş rəssamını yad etdi - FOTO
Hazırda oxunan: Zümrüd Qasımova YUĞ teatrının baş rəssamını yad etdi - FOTO
66523
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.