Müğənni Türkan Vəlizadə ifasını tənqid edən Əməkdar artist Sevda Ələkbərzadəyə reaksiya verib.
Bizim.Media xəbər verir ki, Türkan İçərişəhərdə mahnısını eşidərək əsəbiləşən Ələkbərzadəyə tənqid etdiyi “Ağlıma bir ad gəlir” ifasını paylaşaraq bu sözləri yazıb:
MÖVZU İLƏ BAĞLI:
Sevdadan Türkanla bağlı ETİRAZ: “Mən oradakı ifaçını tanımıram” - VİDEO
“Sizə Türkanı sevdirən mahnıdır. Xoş günlərinizdə ilk olaraq bu bəstəni məndən istəyirsiniz. Ataların bir misalı var: Azlıq hər zaman çoxluğa tabe olub. Allah sizi mənə çox görməsin. Uşaqdan tutmuş böyüyədək insanın sevgisini qazanmaq hər kəsə nəsib olmur. Sizin sevginiz mənə yetər”.
Xatırladaq ki, S. Ələkbərzadə İçərişəhərdə keçirilən konsertin videosunu paylaşmış, “İçərişəhərdəki musiqiyə baxın Novruz bayramında. Bu, bayağı da deyil, ondan aşağıdır. Bununla kim məşğul olur, görəsən?” - deyə bildirmişdi.
Daha sonra paylaşdığı videoda isə həmin ifaçını tanımadığını, adının və fotosunun başqaları ilə yanaşı hallandırılmasını istəmədiyini bildirib.
Bizim.Media