Moldovanın Rusiyadakı keçmiş diplomatik nümayəndəliyinin rəhbəri Andrey Nequça anabolik steroidlərin qaçaqmalçılığı hadisəsində dindirilib.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı dekabrın 28-də respublikanın Baş Prokurorluğu yayıb.
Keçmiş səfir vəkilləri ilə birlikdə mütəşəkkil cinayətkarlıqla mübarizə və xüsusi işlərin istintaqı üçün prokurorların qarşısına çıxıb.
Keçmiş səfir dindirilib və anabolik steroidlərin qaçaqmalçılığında şübhəli bilinib.
Məhkəmə zamanı səfir ittihamları rədd edib, lakin prokurorluq onun 72 saat həbsdə saxlanılmasına qərar verib.
Qurumun mütəxəssislərinin şübhəlinin verdiyi ifadələrin həqiqiliyini yoxlayacağı və iş çərçivəsində toplanan materiallar ilə müqayisə edəcəyi aydınlaşdırılıb.
Daha sonra, şəraitə əsasən, prokurorluq keçmiş səfirə qarşı ittiham irəli sürülüb-sürülməyəcəyinə qərar verəcək və həbs olunmasını tələb edəcək.
Eyni vəziyyətdə, dekabr ayının əvvəlində Palanca nəzarət-buraxılış məntəqəsində bir neçə anabolik steroid qutusu ilə saxlanılan diplomatik nömrəli mikroavtobusun sürücüsü, həmçinin işə qarışmaqda günahlandırılan başqa bir şəxs də tutulub.
Daha əvvəl Moldova hökuməti anabolik steroidlərin qaçaqmalçılığı ilə bağlı qalmaqalın fonunda ölkənin Moskvadakı səfiri Andrey Nequçanı vəzifəsindən azad etmişdi.
Baş nazir İon Kiku bu barədə Moldova Nazirlər Kabinetinin iclasında açıqlayıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
15:35 / 28.12.2020
Moldovanın Rusiyadakı keçmiş səfiri məhkəmə qarşısına çıxdı – 72 saat həbsdə qalacaq
Hazırda oxunan: Moldovanın Rusiyadakı keçmiş səfiri məhkəmə qarşısına çıxdı – 72 saat həbsdə qalacaq
Hazırda oxunan: Moldovanın Rusiyadakı keçmiş səfiri məhkəmə qarşısına çıxdı – 72 saat həbsdə qalacaq
6651
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.