Avropa Komissiyasının sözçüsü Ukraynaya edilən yardımların detallarını açıqladı – EKSKLÜZİV

Hazırda oxunan: Avropa Komissiyasının sözçüsü Ukraynaya edilən yardımların detallarını açıqladı – EKSKLÜZİV

66499

Avropa Birliyi siyasətinin planlaşdırıcısı və koordinatoru – Avropa Komissiyasının sözçüsü Ana Pisonera 2014-cü ildən etibarən Ukraynaya edilən yardımların 17 milyard avro təşkil etdiyini bildirib. 

Bizim.Media-nın suallarını cavablandıran Ana Pisonera Ukraynaya Rusiyaya ilə hazırda davam edən gərginlik zamanı edilən və planlaşdırılan yardımların detalları barədə geniş məlumat verib.

- Bilirik ki, Ukraynaya 2014-cü ildə məlum hadisələrdən sonra Avropa İttifaqı tərəfindən, daha doğrusu Avropa Komissiyası tərəfindən müxtəlif yardımlar olub. Bu zamana qədər neçə milyard dollarlıq paket təqdim edilib?

- Ukrayna Avropa İttifaqının uzunmüddətli tərəfdaşıdır. Ukraynaya Rusiyanın aqressiyası başlayan 2014-cü ildən etibarən Avropa İttifaqı bu ölkəyə maliyyə institutları vasitəsilə 17 milyard avro maliyyə yardımı ayırıb. İttifaq Rusiyanın amansız və qanunsuz işğalı fonunda yenə də Ukraynanın yanındadır.

- Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen yeni yardım paketi barədə məlumat vermişdi. Bu yardım neçə milyon avrodur?

- Bildiyiniz kimi, komissiya həm 60 milyonluq, həm də yeni 1.2 milyard dollarlıq mikromaliyyələşdirmə yardımı da nəzərdə tutub. Sizin də qeyd etdiyiniz kimi, bu barədə Ursula von Der Lyayen də açıqlama verib. Bu, həm də yanvarın sonunda maliyyələşdirilən 120 milyon dollar məbləğindəki qrant ilə paralel həyata keçirilib. 



- Maliyyə yardımının xərclənmə mexanizmi necə həyata keçirilir?

- Avropa İttifaqı dinc əhalinin qorunması mexanizminə dəstəyini göstərir. Bu çərçivədə milyonlarla tibbi ləvazimat və dinc əhalinin ehtiyacları üçün isti örtüklər göndərilib.  Eyni zamanda 95 milyon dollarlıq da humanitar yardım Ukrayna üçün tədarük edilib. Bura ərzaq, su, tibbi ləvazimatlar və digər zəruri ehtiyac məhsullarının alınması daxildir. Bu isə 500 milyon dollarlıq yardım paketinə daxildir. Von der Lyayenin təşəbbüsü ilə ayrılacaq məbləğ işğaldan əziyyət çəkən Ukrayna üçün nəzərdə tutulub.

- Yardımların davam etməsi planlaşdırılır?

- Bəli, əlbətdə. Komissiya həmçinin 330 milyon dollarlıq fövqəladə yardım mexanizminə dəstək verir. Bu məbləğ də bilavasitə Rusiya işğaldan əziyyət çəkən Ukrayna sakinlərinin zəruri ehtiyacları və kiçikhəcmli mülki obyektlərin inşasına dəstək və enerji, o cümlədən ərzaq təhlükəsizliyinin təminatı üçündür. Burada həmçinin fermer təsərrüfatlarının dəstəklənməsi nəzərdə tutulur.

Tehran Orucoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin