Əməkdar artist Sevda Ələkbərzadə küçədə səsləndirilən mahnıya əsəbiləşib.
Bizim.Media xəbər verir ki, həmin an lentə aldığı görüntünü instaqram hesabında paylaşan müğənni bayağılıqdan gileylənib:
"İçərişəhərdəki musiqiyə baxın Novruz bayramında. Bu, bayağı da deyil, ondan aşağıdır. Bununla kim məşğul olur görəsən?".
Xatırladaq ki, İçərişəhərdə baş tutan konsertdə ifa edən Türkan Vəlizadə olub. O, "Ağlıma bir ad gəlir" mahnısını oxuyub.
Bizim.Media