Jirinovski ölüb? – Kremldən CAVAB – YENİLƏNİB  

Hazırda oxunan: Jirinovski ölüb? – Kremldən CAVAB – YENİLƏNİB  

66387

“Vladimir Jirnovski sağdır”. 

Bizim.Media “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. 

O, Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovskinin həkim nəzarətində olduğunu, səhhətinin ağır olduğunu bildirib.

***13.29 

“Vladimir Volfoviç Jirinovskinin səhhəti ilə bağlı narahat olan hər kəsi əmin etmək istəyirəm. O, sağdır. Onun vəziyyəti həqiqətən ağırdır. Bu gün o, KT müayinəsindən keçib. Biz ondan narahatıq, həkimlər onun üçün mübarizə aparır”. 

Bizim.Media xəbər verir ki, bunu Dövlət Dumasının sədri Vyaçeslav Volodin teleqramda yazıb. 

Qeyd edək ki, onun ölümü barədə məlumat yayan senator A.Pronyuşkin isə teleqramdakı müvafiq qeydini silib. 

*** 12.58

Rusiya Liberal-Demokrat Partiyasının (LDPR) lideri Vladimir Jirinovski 76 yaşında vəfat edib.  

Bizim.Media xəbər verir ki, bu barədə “Ria Novosti” nəşri məlumat yayıb.

Məlumata görə siyasətçi son günü komada keçirib: 

“Vladimir Jirinovski bu gün səhər saat 10.45-də dünyasını dəyişib. Siyasətçi son günü komada keçirib”. 

Qeyd edək ki, LDPR sədri bir müddət öncə koronavirusa yoluxmuşdu. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin