Ukraynada öldürülən dinc sakinlərin sayı açıqlandı

Hazırda oxunan: Ukraynada öldürülən dinc sakinlərin sayı açıqlandı

66368

“Rusiya qoşunları yaşayış binalarını və qeyri-hərbi obyektləri qəsdən dağıdırlar. Müharibə ayı ərzində 1000-dən çox dinc ukraynalı rus ordusunun qurbanı olub”. 

Bizim.Media “UNİAN”a istinadən xəbər verir ki, bu barədə  BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının İdarəsi məlumat yayıb. 

Məlumata görə, hərbi əməliyyatlar nəticəsində mindən çox dinc sakin, o cümlədən 214 kişi, 160 qadın, 14 qız və 28 oğlan uşağı öldürülüb. 

Qətlə yetirilmiş 571 böyük, 48 uşağın cinsiyyətini isə müəyyən etmək mümkün olmayıb. Hərbi əməliyyatlar nəticəsində yaralananların sayının isə 1500-ü ötdüyü qeyd olunub. 
BMT-nin məlumatına görə, insanların əksəriyyəti partlayıcı silahlar - ağır artilleriya atəşləri, çoxsaylı buraxılış raket sistemləri və hava hücumları nəticəsində həlak olub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin