Rusiyaya uçan təyyarələr üçün ŞOK QƏRAR – Azərbaycan hansı addımı atacaq? 

Hazırda oxunan: Rusiyaya uçan təyyarələr üçün ŞOK QƏRAR – Azərbaycan hansı addımı atacaq? 

66295

Rusiya və Azərbaycan arasında aviareyslərə tətbiq olunan məhdudiyyətlər yavaş-yavaş aradan qalxmaq üzrədir. Artıq Moskva-Bakı və əks istiqamətdə aviareyslərin sayı bu gündən artırılıb.

Buna baxmayaraq, bilet qiymətləri hələ də cib yandırır. Ötən ayla müqayisədə qiymətlər ən azı 4 dəfə bahadır. 

İqtisadçı ekspert Natiq Cəfərli Bizim.Media-ya bahalaşmanın bir sıra səbəblərini açıqlayıb.

Onun sözlərinə görə, bahalaşmanın olması gözlənilən idi:
 

MÖVZU İLƏ BAĞLI:

Bakıdan Rusiyaya birbaşa uçuşlar LƏĞV EDİLDİ? – Rəsmi açıqlama


"Qiymətlərin bahalaşmasına səbəb əslində bəllidir. Uçuş reyslərinin sayı kəskin şəkildə azalıb. Vaxtı ilə Moskvadan Bakıya günə 8-9 reys uçuş sayı olurdusa, hazırda bu maksimum 2 dəfəyə düşür və bu da kəskin azalma hesab olunur. Tələbat çox, reys sayının az olmasına görə, qiymətlərdə kifayət qədər bahalaşma var.

Həm də quru sərhədlər bağlı olduğu üçün başqa alternativ olmaması da qiymətlərə təsir göstərir. Azərbaycanın hava şirkətlərinin Rusiya istiqamətinə uçuşları da dayandırılıb. Buna səbəb isə AZAL və BUTA-nın partnyor şikayətlərinin sayında azalmadır. Bundan başqa qiymətlərin bahalaşmasında daha bir şok qərarın qəbul edilməsidir.

Bu Rusiya ərazisində uçan təyyarələrin qəza anında sığortalanmamasıdır. Rusiya ərazisində artıq bu proses həyata keçirilmir, hadisə baş verərsə heç bir sığorta ödənilməyəcək. Bu, Rusiya-Ukrayna müharibəsinin yaratdığı təhlükədən qaynaqlanır.

Ona görə də başqa ölkələrin öz təyyarələri ilə Rusiyaya uçuşlarında problemlər yaşanır. Bu məsələ həllini tapmazsa, bizim təyyarələrlə uçuşlar bərpa olunmaya bilər. Rusiyadan da "Aerobus"lar və "Boinq"lər sanksiyalarla əlaqədar olaraq Azərbaycana və xaricə uçuşlar həyata keçirə bilmir. Rusiya istehsalı olan yerli təyyarələrin uçuşu nəzərdə tutulub ki, bunlar da "PU" lar və "Sukhoi SuperJet 100" lərdir".

Ekspert qiymətlərin stabilləşməsi, vətəndaşların alternativ olaraq daha sərfəli gediş-gəliş etməsi üçün quru sərhədlərinin açılmasının labüd olduğunu deyib:

"Quru sərhədlərin açılması haqqında artıq düşünülməlidir. Çünki orada yüz minlərlə soydaşlarımız var və bu gün də sərhəddə, Dağıstan tərəfdə deyilənə görə, 10 minə yaxın soydaşımız sərhədi keçmək istəyir amma müəyyən məhdudiyyətlərlə qarşılaşır.

Bu məsələ də həllini tapmalıdır. Başqa ölkələrin vətəndaşlarına müəyyən məhdudiyyətlərin tətbiq olunması ilə yerüstü sərhədlərin açılması qiymətlərin düzgün şəkildə tənzimlənməsinə kömək, həmçinin vətəninə dönmək istəyən çox şəxsin sevincinə səbəb ola bilər".

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin