Ermənistanın baş naziri Nikol Paşinyan cümə axşamı hökumətin iclasında həyəcanla çıxış edərək bildirib ki, Azərbaycanla sərhədin demarkasiyası və delimitasiyası prosesini sürətləndirmək lazımdır. Eyni zamanda o bildirib ki, “Azərbaycanın regional kommunikasiyaları açmaq istəyib-istəmədiyi bəlli deyil, lakin Yerevan bu addıma hazırdır”.
Bizim.Media “Sputnik Ermənistan” nəşrinə istinadən xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan çıxışında son günlər Xankəndiyə ötürülən qaz nəqlində yaranan problemə də toxunub.
MÖVZU İLƏ BAĞLI:
Paşinyan Putinə zəng etdi - Qarabağdakı son vəziyyət müzakirə edildi
Baş nazir Azərbaycanın ünvanına ittihamla çıxış edərək bunu yerli sakinlərə qarşı təcavüz aktı kimi qiymətləndirib.
“Harparak” qəzeti isə Paşinyanın sərhəd məsələsinə toxunmasının və prosesin sürətləndirilmə tələbinin Azərbaycanın təzyiqlərinin effekti kimi qiymətləndirib. Qəzet yazır ki, Rusiyanın başının özünə qatışdığı bir vaxtda və Paşinyanın havadarlarının daha çox Ukrayna ilə ilgiləndikləri üçün Nikol yaranmış vəziyyətdən təşvişə düşüb. Çıxış yolu kimi Azərbaycanla razılaşmaya getməkdən və Türkiyə ilə münasibətlərin yaxşılaşdırılmasından başqa variantın qalmadığını düşünür.
Amma Paşinyan klassik erməni fitnəkarlığı ilə əlverişsiz hava şəraiti və aşağı temperatur dövründə qazın verilişində fasilələr yarandığına diqqət çəkərək yaşayış binalarının, məktəblərin, xəstəxanaların istiliksiz qalmasında Azərbaycanı suçlamağa çalışıb.
Xatırladırıq ki, ötən gün Azərbaycan XİN Ermənistanın bu fitnəkar bəyanatlarının ölkəmizlə heç bir əlaqəsinin olmadığını, qazın verilməsində dövlətimiz, ermənilərdən fərqli olaraq, təzyiq kimi belə üsullardan istifadə etmədiyini açıqlayıb.
Bizim.Media