2022-ci ilin yanvar-fevral aylarında Azərbaycanda istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 8,5 milyard manat olmaqla 2021-ci ilin yanvar-fevral aylarına nisbətən müqayisəli qiymətlərlə 4,4 faiz artıb.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanda ərzaq məhsulları ilə bağlı YENİ QƏRAR - SİYAHI
Dövlət Statistika Komitəsindən Bizim.Media-ya verilən məlumata görə, qeyri-dövlət sektorunun tə sərrüfat subyektləri tərəfindən satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 2021-ci ilin eyni dövrü ilə müqayisədə 4,6 faiz artaraq 8,2 milyard manata bərabər olub, onun 46,1 faizi fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.
Hesabat dövründə bir istehlakçı orta hesabla ayda 424,9 manat v ə ya 2021-ci ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 59,0 manat çox vəsait xərcləyıb.
Bizim.Media