Ağ Evin sözçüsü Cennifer Psakinin COVID-19 testi müsbət çıxıb.
Bizim.Media Türkiyənin TRT telekanalına istinadən xəbər verir ki, bu səbəbdən o, ABŞ prezidenti Co Baydeni Avropa səfərində müşayiət edə bilməyəcəyini açıqlayıb.
Psaki verdiyi yazılı açıqlamada dünən Baydenlə iki görüşdə iştirak etdiyini, lakin prezidentin sonuncu PCR testinin mənfi olduğunu qeyd edib.
“Peyvənd sayəsində çox yüngül simptomlarım var. Ağ Evin COVID-19 protokollarına uyğun olaraq evdən işləyəcəyəm və 5 günün sonunda mənfi test nəticəsi aldıqdan sonra işə qayıdacağam”, - deyə Ağ Evin sözçüsü əlavə edib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
10:13 / 23.03.2022
Ağ Evin sözçüsü koronavirusa yoluxdu - Baydeni Avropa səfərində müşayiət edə bilməyəcək
Hazırda oxunan: Ağ Evin sözçüsü koronavirusa yoluxdu - Baydeni Avropa səfərində müşayiət edə bilməyəcək
Hazırda oxunan: Ağ Evin sözçüsü koronavirusa yoluxdu - Baydeni Avropa səfərində müşayiət edə bilməyəcək
66116
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.