"Qarabağ" rəsmisi ilə bağlı proses yenə təxirə salındı

Hazırda oxunan: "Qarabağ" rəsmisi ilə bağlı proses yenə təxirə salındı

65940

İdman Arbitraj Məhkəməsi (CAS) "Qarabağ"ın keçmiş mətbuat katibi Nurlan İbrahimovla bağlı məhkəməni növbəti dəfə təxirə salıb.

Bizim.Media xəbər verir ki, bu barədə N.İbrahimov özünün "Feysbuk" hesabında yazıb: "Bu dəfə mayın 25-ə uzadıldı...Uzadılsın...

İdman və siyasət arasında cizginin itdiyi bugünlərdə il yarım bundan öncə olduğu kimi günahsız körpələrin qətliamına hayqırış sədası nə zamana nə də məkana bağlıdır...

Mən sənə inanıram, CAS! Ədaləti bərpa edəcəksən, təzyiqlərə dözəcəksən... Və bugün bütün dünyanı necə Ukraynadakı məzlumların naləsi bürüyübsə, bir gün mütləq məsum insanlarımızın da harayını qulağına pərçimləyəcək..."

Qeyd edək ki, 44 günlük Vətən müharibəsi zamanı "Feysbuk" səhifəsində ermənilərlə bağlı paylaşımına görə Nurlan İbrahimovu UEFA futboldan ömürlük uzaqlaşdırıb.
İdman Arbitraj Məhkəməsi (CAS) onun şikayəti ilə bağlı qərarı 2021-ci il dekabrın 22-də açıqlamalı idi. Lakin bu, ilk olaraq yanvarın 27-dək, sonra isə martın 22-dək uzadılmışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin