Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) azərbaycanlıların Ukraynadan təxliyəsi ilə bağlı məlumat yayıb.
Bizim.Medi BMqT-yə istinadən xəbər verir ki, daha 69 Azərbaycan vətəndaşı avtobuslarla Buxarest şəhərinə aparılıb.
“Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi Ukraynada davam edən münaqişə fonunda öz vətəndaşlarının təxliyəsini həyata keçirən Azərbaycan hökumətinin səylərinə dəstək verməkdə davam edir.
BMqT-nin əməkdaşlarının əlaqələndirilmiş işi və Azərbaycan hökuməti ilə əməkdaşlıq sayəsində müharibə gedən Ukraynadan qaçaraq Polşanın Katovitçe şəhərinə pənah gətirmiş daha 69 Azərbaycan vətəndaşı avtobuslarla Buxarest şəhərinə aparılıb.
Həmin şəxslər Buxarestə çatan kimi Azərbaycan rəsmiləri onların Bakıya təxliyəsini təşkil edəcək”, - deyə BMqT-dən bildirilib.
Qeyd edək ki, bundan əvvəl BMqT-nin dəstəyi ilə Polşadan təxliyə edilmiş 123 nəfər artıq Vətənə çatıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
20:02 / 21.03.2022
Ukraynadan daha 69 azərbaycanlı təxliyə edildi - FOTO
Hazırda oxunan: Ukraynadan daha 69 azərbaycanlı təxliyə edildi - FOTO
Hazırda oxunan: Ukraynadan daha 69 azərbaycanlı təxliyə edildi - FOTO
65931
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.