Əgər SSRİ sağ qalsaydı, dünyada münaqişələrin qarşısını almağa kömək edəcəkdi.
Bizim.Media “interfaks”a istinadən xəbər verir ki, bunu Belarus Prezidneti Aleksandr Lukaşenko Yaponiyanın “TBS” kanalına müsahibəsində bildirib.
"Mən bu ölkədə (SSRİ) doğulmuşam və yaşamışam. Mən bu ölkəyə sadiq olmuşam. Kommunist Partiyasının üzvü idim. SSRi dağılarkən mən Belarus Ali Sovetinin deputatı idim.
Ona görə də siyasətə bağlı idim. Mənim kimi, bütün dünya da dərk etdi ki, SSRİ-nin dağılması faciə idi. Əgər Sovet İttifaqı bu günə qədər yaşasaydı, biz dünyadakı bütün münaqişələrdən qaça bilərdik”, - Lukaşenko bildirib.
Onun sözlərinə görə, Qərb və ABŞ həmişə Sovet İttifaqının mövqeyi ilə hesablaşmalı olub.
"Dünya çoxqütblü idi və bir qütb digərini tarazlayırdı. İndi dünyada baş verənlərin səbəbi birqütblülükdür, planetimizi Amerika Birləşmiş Ştatlarının monopoliyasına almaqdır", - Belarus lideri yekunlaşdırıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
17:10 / 21.03.2022
Lukaşenko: “SSRİ yaşasaydı, münaqişələrin qarşısını almağa kömək edərdi”
Hazırda oxunan: Lukaşenko: “SSRİ yaşasaydı, münaqişələrin qarşısını almağa kömək edərdi”
Hazırda oxunan: Lukaşenko: “SSRİ yaşasaydı, münaqişələrin qarşısını almağa kömək edərdi”
65909
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.