Xırdalanda qanunsuz kəsilən ağaclarla bağlı RƏSMİ AÇIQLAMA 

Hazırda oxunan: Xırdalanda qanunsuz kəsilən ağaclarla bağlı RƏSMİ AÇIQLAMA 

65899

Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə 313 ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə xidmət rəsmisi Fərid Piriyev məlumat verib. 

Araşdırma zamanı ərazidə “SAS İnşaat” MTK tərəfindən qazıntı işləri aparılan zaman 2 ağacın qanunsuz köçürüldüyü, 3 ağacın isə kəsildiyi müəyyən edilib. 

"Faktla bağlı MTK-nın məsul şəxslərinin məsuliyyətə cəlb olunması üçün tədbirlər görülür", -xidmət rəsmisi əlavə edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin