Erməni siyasətçisi Jirayar Liparityan bildirib ki, Ermənistan Azərbaycan və Türkiyə ilə münasibətlərini yaxşılaşdırmalıdır.
Bizim.Media erməni KİV-nə istinadən xəbər verir ki, o, bu barədə son zamanlar Qarabağda gedən siyasi proseslərə fikir bildirərkən deyib.
“Ermənistan Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırımalıdır. Əks halda, əşyalarımızı yığıb başqa yerə köçmək lazımdır”, - deyə o bildirib.
Onun sözlərinə görə, Ermənistana qonşulara düşmən mövqeyində yanaşmayan bir idarəçi lazımdır:
''Ermənistanın qonşuları düşmən gözündə görməyən hökumətə ehtiyacı var. Ermənistan hamı ilə əlaqələri normallaşdırmalıdır, çünki nəticədə bu, təhlükəsizliyi təmin edir. Hazırki vəziyyət davam etsə, nifrət və qorxu qalib gələcək''.
''Bu iki hiss analiz edilməsə, Ermənistanın strategiyasının təməli də elə onlar qalacaq. Qonşularla münasibət qurmaq, Azərbaycan və Türkiyə ilə birbaşa danışıqlara getmək, onları başa düşmək lazımdır'', - deyə politoloq vurğulayıb.
Qeyd edək ki, Jirayar Ermənistanın birinci prezidenti Petrosyanın müşaviri olub. 1990-cı illərdə Qarabağ danışıqlarında iştirak edib.
Vüsalə Balayeva, Bizim.Media

- A-
- A
- A+
Region
10:03 / 28.12.2020
“Əşyalarımızı yığıb başqa yerə köçmək lazımdır” – Erməni siyasətçidən ilginc açıqlama
Hazırda oxunan: “Əşyalarımızı yığıb başqa yerə köçmək lazımdır” – Erməni siyasətçidən ilginc açıqlama
Hazırda oxunan: “Əşyalarımızı yığıb başqa yerə köçmək lazımdır” – Erməni siyasətçidən ilginc açıqlama
6589
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.