Azərbaycanlı hərbi ekspert Aqil Rüstəmzadə Ukraynanın UKRLIFE televiziyasına müsahibə verib.
Bizim.Media xəbər verir ki, müsahibəsində o, Ukraynada keçirilən hərbi əməliyyatların gedişini qiymətləndirib və assimmetrik müharibənin aparılması prinsiplərini açıqlayıb.
Aparıcı Lyudmila Nemiryanın “Hazırda cəbhədə vəziyyət necədir, əsasən hansı dəyişikliklər olub?” sualına Aqil Rüstəmzadə belə cavab verib:
“Heç bir radikal dəyişikliklər baş verməyib, çünki bu, baş verə bilməzdi. Səbəbi isə Rusiyanın bölgəyə ehtiyat qoşunlarını gətirməməsidir. Yeni qoşunlar təbii ki, hansısa lokal vəziyyəti dəyişə bilərdi, ancaq hər kəsə aydındır ki, onlar Mariupol və İzyum iqtiqamətində buna nail olmağa çalışdılar. Nəticədə istədiklərini həyata keçirə bilmədilər”.
Ekspert hazırda vəziyyətin Ukrayna Silahlı Qüvvələrinin xeyrinə dəyişdiyini bildirib, amma Ukrayna ordusunun qüsurlarından da danışıb:
“Onlar öz ehtiyatlarını saxlamağı bacardılar, silah təminatını yaxşılaşdırdılar. Şimal tərəfdə, əsasən Kiyev yaxınlığında hətta rus ordusunu sıxışdırmağa başlayıblar. Ruslar artıq müdafiə olunurlar. Cənubda isə vəziyyət başqadır, rusların yenə üstünlüyü var. Onlar Krımdan əlavə qoşunlar gətirirlər”.
Aparıcının “Eşitdiyimə görə, ruslar Kiyev yaxınlığında səngər qazmağa başlayıblar.
Bu vəziyyətdə yəqin onları çıxartmaq çətin olacaq” fikrinə isə Aqil Rüstəmzadə Azərbaycan ordusunun Qarabağdakı əməliyyatlarından nümunə gətirib:
“Bilirsiniz, hərbi iş də bir elmdir. Burada da özünün köhnə və yeni metodları var. Ukrayna ilə Rusiya arasındakı müharibə assimmetrik adlanır, çünki qüvvələr çox fərqlidir. Ukraynanın 10 dənə SU-25-i rusların 50 dənə SU-25-nə qarşı nə edə bilər? Dediyiniz kimi Buça və İrpendə ruslar səngər qazırlar, qoy qazsınlar. Qüvvələr bərabər olsa, ukraynalılar üz-üzə ruslarla müharibə aparar. Əks halda bunun başqa taktikası var. Səngər qazan 100 rus əsgərinə 300 Ukrayna hərbçisi geçə görüntüsü ilə hücum etməlidir.
Bunun dünyada analoqu var. Biz dəfələrlə erməni ordusundan güclü olduğumuza baxmayaraq bu taxtikadan istifadə etdik. Onların səngərlərinin arxasına keçdik, texnikalarını, əsgərlərini zərərsizləşdirdik”.
O əlavə edib ki, 2-ci Qarabağ Müharibəsindən iki il keçməyinə baxmayaraq hərbi eskpertlər, mütəxəssislər bu taxtikadan danışırlar.
Azərbaycanlı hərbi ekspertin Ukraynadakı müharibənin detallarına aid müsahibəsini diqqətinizə təqdim edirik:
Bizim.Media