Bu bölgədə qarın hündürlüyü 52 sm-ə çatdı - FOTO

Hazırda oxunan: Bu bölgədə qarın hündürlüyü 52 sm-ə çatdı - FOTO

65849

Bütün bölgələri bürüyən qar yağışı şimal rayonlarında baharın ilk gecəsində də davam edib.  

Bizim.Media xəbər verir ki, bu gün səhər Xızının Altıağac qəsəbəsində bölgə üzrə ən yüksək göstərici qeydə alınıb, qəsəbədə 52 sm qar yağıb.

Qubanın Xaltan kəndində isə qarın hündürlüyü 37 sm təşkil edib.  

Qubanın dağlıq Qrız kəndində isə yaz fəslinə uyğun olmayan ən yüksək - -17 dərəcə şaxta qeydə alınıb. Quba və Qusarın kəndlərində 30 sm-dən çox qar yağıb. Quba-Qusarın avtomobil yolları buz bağlayıb.  
Hazırda qar yağışı dayansa da, qeyri-sabit hava şəraitinin martın 25-dək davam edəcəyi bildirilir. 

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin