"Azərbaycanda davamlı olaraq genişmiqyaslı meşəbərpa və ağacəkmə tədbirləri həyata keçirilir".
Bizim.Media xəbər verir ki, bunu Meşələrin İnkişafı Xidmətinin rəsmisi Vahid Fərzəliyev bildirib.
O qeyd edib ki, meşəbərpa işləri məqsədyönlü və elmi əsaslarla həyata keçirilməlidir:
"Meşəliklər salınarkən ərazinin torpaq-iqlim şərtləri və bölgənin relyefinə uyğun bitkilərin seçilməsi vacibdir. Son illər dünyanın əksər ölkələrində monokultural, yəni yekcins əkinlərə deyil, qarışıq tərkibli əkinlərə daha çox üstünlük verilir.
Çünki qarışıq əkinlərin torpaqqoruyucu, susaxlayıcı və estetik xassələri kifayət qədər yüksəkdir. Artıq biz də, işğaldan azad olunmuş ərazilər də daxil olmaqla, meşəsalma işlərində qarışıq tipli meşə əkinlərinə xüsusi önəm veririk.
Eyni zamanda, torpaqda suyun normal miqdarda və maksimal müddətdə saxlanılmasını təmin etmək məqsədilə hazırda terras tipli əkinlər həyata keçiririk”.
Xidmət rəsmisinin sözlərinə görə, yaz əkin planına uyğun olaraq ölkə üzrə 344 hektar meşə fondu torpağında meşəbərpa işlərinin aparılması, hər bölgənin iqlim şəraitinə uyğun ümumilikdə 700 000-dən çox meşəcinsli ağacın əkilməsi, 6 tondan çox toxumun səpilməsi planlaşdırılır.
Qeyd edək ki, 21 mart “Beynəlxalq Meşələr Günü”dür.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:38 / 21.03.2022
"344 hektar meşə fondu torpağında bərpa işləri aparılacaq" – Vahid Fərzəliyev
Hazırda oxunan: "344 hektar meşə fondu torpağında bərpa işləri aparılacaq" – Vahid Fərzəliyev
Hazırda oxunan: "344 hektar meşə fondu torpağında bərpa işləri aparılacaq" – Vahid Fərzəliyev
65838
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.