Xorvatiyanın Poreç şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionatında Azərbaycan millisinin daha bir üzvü finala yüksəlib.
Bizim.Media xəbər verir ki, Nicat Hüseynovun (51 kq) ardınca Ruslan Qədirov (54 kq) da yarımfinal döyüşünü qələbə ilə başa vurub.
Boksçumuz Elmir Nəbiyevə (Ukrayna) 3:2 (27:30, 28:29, 29:28, 29:28, 29:28) hesabı ilə qalib gələrək, həlledici döyüşdə iştirak hüququ qazanıb. O, final görüşünə martın 23-də çıxacaq.
Qeyd edək ki, yığmamızın daha 2 boksçusu bu gün yarımfinal mərhələsi çərçivəsində rinqə çıxacaq.
21.56
Xorvatiyanın Poreç şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionatında yarımfinal döyüşləri keçirilir.
Bizim.Media xəbər verir ki, bu mərhələyə yüksələn Azərbaycan millisinin üzvü Nicat Hüseynov (51 kq) rinqdən növbəti dəfə qələbə ilə ayrılıb.
Belə ki, dünya və Avropa birinciliklərinin mükafatçısı finala gedən yolda türkiyəli Mehmethan Çinarı gərgin keçən qarşılaşmada 3:2 hesabla məğlub edib. Boksçumuz həlledici görüşə martın 23-də çıxacaq.
Qeyd edək ki, Azərbaycan milli komandasının bu gün daha 3 boksçusu yarımfinal qarşılaşmasına çıxacaq.
Bizim.Media