Rusiya Müdafiə Nazirliyi yüksək dəqiqliklə hədəfi vuran bombalarla təchiz edilən Orion dronunun son versiyasını ilk dəfə nümayiş etdirib.
Bizim.Media xəbər verir ki, cihazı Müdafiə Nazirliyinin saytında dərc olunan 2021-ci il təqvimində görmək olar.
Orion səhra kamuflyajında təqdim olunur. Aparatın qanadları altında KAB-20 aviabombaları quraşdırılıb.
Bu bombaların hər biri 21 kiloqramdır, 7 kiloqram ağırlığında yüksək partlayıcı gücə malik olan parçalanma başlığı, həmçinin peyk və lazer yerləşdirmə sistemləri ilə təchiz edilib.
KAB-20 yüngül zirehli hədəfləri və canlı qüvvəni məhv etmək üçün təsirli bir vasitədir.
NEWS.ru-nun verdiyi xəbərə görə, 2019-cu ilin noyabrında Orion aparatı Ryazan vilayətinin Listvyanka kəndində yaşayış binalarından 70 metr aralıya düşüb.
Rusiya hərbi qurumundakı bir mənbə daha sonra bu hadisənin 2019-cu ilin sonunda cihazın istismara verilməsinə təsir göstərməyəcəyini söyləyib.
Müdafiə Nazirliyi ilə Kronstadt şirkəti arasında Orion pilotsuz təyyarələrinin tədarükü üçün ilk sazişin imzalanması Ordu-2020 forumunda məlum olub. Orion pilotsuz kompleksinin ilk dəsti 2020-ci ilin aprelində hərbi hissələrə verilib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
09:05 / 28.12.2020
Rusiya Müdafiə Nazirliyi ilk dəfə silahlı "Orion" dronunu nümayiş etdirdi
Hazırda oxunan: Rusiya Müdafiə Nazirliyi ilk dəfə silahlı "Orion" dronunu nümayiş etdirdi
Hazırda oxunan: Rusiya Müdafiə Nazirliyi ilk dəfə silahlı "Orion" dronunu nümayiş etdirdi
6577
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.