Səhiyyə nazirliyindən aptekdən özbaşına alınan vitaminlərlə bağlı AÇIQLAMA

Hazırda oxunan: Səhiyyə nazirliyindən aptekdən özbaşına alınan vitaminlərlə bağlı AÇIQLAMA

65743

"Aptekdən həkim məsləhəti olmadan alınan dərmanlar bizə faydadan çox zərər verə bilər".

Bizim.Media xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-terapevt Zakir Quliyev Nazirliyin "İnstagram" hesabındakı canlı yayımında deyib.

"Vətəndaş hansı vitaminin özündə əksik olmasını bilmək üçün analiz verməlidir. Çox hallarda reseptsiz alınan vitamin qəbuluna görə bədəndə fəsadlar yaranır. "D" vitamini əskikliyi bizdə çox olur. Çünki Günəş şüalarından bunu ala bilmirik. Buna görə də ağızdan vitamin D qəbul edirik".

Həkim deyib ki, bəzi mədə-bağırsaq sistemi xəstəliklərinin yaz aylarında kəskinləşdiyi vaxtdır:

"Xüsusilə fəsil dəyişikliyi ilə əlaqədar bəzi xəstəliklər kəskinləşmə dövrü keçirir" - o deyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin