Dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda avtonəqliyyat vasitələrinin saxlanılması məqsədi ilə təşkilatların balansında olan (istismara yararlı vəziyyətdə) avtonəqliyyat vasitələrinin hər biri üçün hər il dövlət büdcəsində ayrılan vəsaitlərə dəyişiklik edilib.
Bizim.Media xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” qərarında dəyişiklik edilməsi barədə qərar imzalayıb.
Dəyişikliklə qərarın 10.3-cü bəndi yeni redaksiyada verilib.
Belə ki, dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda avtonəqliyyat vasitələrinin saxlanılması məqsədi ilə təşkilatların balansında olan (istismara yararlı vəziyyətdə) avtonəqliyyat vasitələrinin hər biri üçün hər il dövlət büdcəsində vəsaitlər aşağıdakı qaydada nəzərdə tutulur:
Avtonəqliyyat vasitələrinə ehtiyat hissələrinin alınması və cari təmir xərcləri - avtonəqliyyat vasitələrinin aylıq yürüş həddinə uyğun olaraq, yanacaq sərfinin baza xətt normalarına əsasən hesablanmış yanacaq xərcinin:
- istismar müddəti 5 ilə qədər olduqda - 30 faizi məbləğində;
- istismar müddəti 5 ildən yuxarı olduqda - 40 faizi məbləğində.
Bundan əvvəl isə avtonəqliyyat vasitələrinə ehtiyat hissələrinin alınması və cari təmir xərcləri - aylıq yürüş həddinə uyğun olaraq, yanacaq sərfinin baza xətt normalarına əsasən hesablanmış yanacaq xərcinin 30 faizi məbləğində dövlət büdcəsindən vəsait ayrılırdı.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:21 / 19.03.2022
Baş nazir bu qərara DƏYİŞİKLİK ETDİ
Hazırda oxunan: Baş nazir bu qərara DƏYİŞİKLİK ETDİ
Hazırda oxunan: Baş nazir bu qərara DƏYİŞİKLİK ETDİ
65643
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.