Ermənilərə Şuşadan daha bir GÖZDAĞI – BMT səfərində verilən MESAJLAR 

Hazırda oxunan: Ermənilərə Şuşadan daha bir GÖZDAĞI – BMT səfərində verilən MESAJLAR 

65629

Xəbər verdiyimiz kimi, martın 18-də Şuşada Azərbaycan-BMT əməkdaşlığının 30-cu ildönümü qeyd olunub.

BMT nümayəndələrinin səfəri və görülən tədbirlər isə siyasi mesajlarla zəngin olub.

Belə ki, ilk növbədə Füzuli hava limanına “Xankəndi” təyyarəsi ilə səfər edilməsi, Şuşada BMT bayrağının Azərbaycan bayrağı ilə paralel dalğalanması kimi nüansları ön plana çıxara bilərik.
 

MÖVZU İLƏ BAĞLI:

Hikmət Hacıyev: “Şuşaya səfər üçün “Xankəndi” təyyarəsi ilə uçuruq”


​​​​​​​Sözügedən mesajları və təsirlərini Bizim.Media üçün şərh edən, politoloq, keçmiş dövlət müşaviri Qabil Hüseynlinin sözlərinə görə, bu addımlar yüksək qiymətləndirilməlidir:

“Bu addımlar düşünülmüş formadır. Onların həyata keçirilməsi isə azərbaycana mühüm siyasi dividendlər gətirə biləcək potensialdadır. Biz bütün dünyaya nümayiş etdirdik ki, Azərbaycanın BMT ilə əməkdaşlığının ildönümünü yüksək dəyərləndirməklə, təşkilatla əlaqələrini də müsbət qiymətləndirdiyini nümayiş etdirdi. BMT-Azərbaycan əməkdaşlığı bundan sonra daha da inkişaf edəcək. Zənnimcə, orijinallığı, forma və üslubu etibarilə görülən tədbirlər böyük rezonans doğurmaqla uzun müddət yaddaşda qalacaq”.

Qabil Hüseynli görülən tədbirlərin erməni separatçılarına gözdağı olduğunu da vurğulayıb:

“Separatçıların bağrı yarıldı. Onlar ilan kimi qıvrılırdılar, indi isə gördülər ki, Şuşa şəhəri getdikcə məşhurlaşır.  Artıq dünya siyasətinin böyük simaları bura səfər edir. Bu fonda separatçılar tamamilə kölgədə qalırlar. Əlbəttə, bu yolu onlar seçiblər. Əgər separatçılar haqq yoluna qayıtsalar, inkişaf tendensiyasına qoşula bilərlər”.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin