82 yaşlı deputat Ziyad Səmədzadənin AMEA-nın yeni prezidenti seçiləcəyi bildirilir. Sosial şəbəkələrdə yayılan iddialara görə artıq o, təyinatın reallaşması üçün bütün səylərini ortaya qoyub.
Məsələni dəqiqləşdirmək üçün Ziyad Səmədzadənin özü ilə əlaqə yaratdıq. Deputat məsələyə susqunluqla yanaşdı və suallarımıza cavab vermək istəmədi.
MÖVZU İLƏ BAĞLI:
Elton Məmmədov AMEA-dakı vəzifəsinə BƏRPA OLUNDU – Özündən AÇIQLAMA
Qeyd edək ki, akademik Ziyad Səmədzadə 1980-ci ildən AMEA-nın müxbir üzvü, 1989-cu ildə isə həqiqi üzvüdür. O, 40 ildir ki, deputatdır.
Azərbaycan KP Mərkəzi Komitəsi iqtisadiyyat şöbəsinin müdiri, Ali Sovet sədrinin birinci müavini, Baş nazirin birinci müavini, Dövlət Plan-İqtisad Komitəsinin sədri vəzifələrində çalışıb.
Alçina Amilqızı, Bizim.Media