Bu gün Qusarda Novruz bayramı şənliyi keçirilib.
Bizim.Media xəbər verir ki, rayon rəhbərliyinin və digər rəsmilərin iştirak etdiyi şənliyə səhər saatlarından start verilib.
Qusar şəhərinin mərkəzi Mahmud Əbilov adına meydanda keçirilən şənlik zamanı rəmzi Bahar qız bayramsayağı bəzədilmiş avtomobillə şəhərin küçələrini gəzib, sakinlərə Novruz təbrikini çatdırıb.
Sonra mərkəzi meydanda bayram tonqalı yandırılıb. Qusarın milli mətbəx nümunələri, xalq sənəti növləri nümayiş edilib.
Milli folklor nümunələrindən səhnəciklər ifa edilib, yerli pəhləvanlar qollarının güclərini göstəriblər.
Qarın yağması da qusarlıların Novriz şənliyinə mane olmayıb.
Aytəkin Alxaslı, Bizim.Media