Axşam saatlarından qar səbəbindən bağlı olan Quba-Buduq yolu açılıb.
Quba 5 saylı Yol İstismar İdarəsinin sahə rəisi Bilal Sultanov Bizim.Media-ya bildirib ki, 8 km məsafədə yol qardan təmizlənib:
"Yolun əksər hissəsində 1 metr qar vardı, texnika ilə təmizlədik. İndi nəqliyyat vasitələri Buduq kəndinə maneəsiz hətəkət edə bilirlər.
****
Qubanın Buduq kəndinə gedən yol axşam saatlarından bağlanıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, güclü külək ətrafdakı qarı yola sovurub.
Buduq Kənd Bələdyyəsinin sədri Vaqif Həsənov əməkdaşımıza bildirib ki, hazırda yol işçiləri yolun qardan təmizlənməsinə çalışırlar.
Hazırda kənddə qarın yağması davam edir. Buduqun bəzi ərazilərində qarın hündürlüyü 30-40 sm təşkil edir.
Aytəkin Alxaslı, Bizim.Media