Nazilədən rəqqasəyə növbəti ATMACA: “Yiyəmiz olmasaydı, biz də stolların başında oynayardıq”

Hazırda oxunan: Nazilədən rəqqasəyə növbəti ATMACA: “Yiyəmiz olmasaydı, biz də stolların başında oynayardıq”

65518

Şairə Nazilə Səfərli sosial media hesabından paylaşım edərək, adını açıqlamadığı bir rəqqasənin onu məclislərdən uzaqlaşdırmaq istədiyini bildirib.

Bu barədə Bizim.Media-ya danışan Nazilə Səfərli “Sözün düzü, bu məsələnin haqqında çox danışmaq da istəmirəm” – deyib.

Bildirib ki, ürəyimdən keçənləri sosial media hesabımdan yazmışam: 

“Üzümə qulluq edən məkanların birindən mənə zəng etdilər dedilər ki, rəhbərliyin köməkçisi çox ajiotaj vəziyyətindədir. Bir rəqqasə var, onlara zəng edib ki, ora gəlmək istəyirəm. Onlar da həmin rəqqasəyə deyiblər ki, hələlik yer yoxdur. Doludur. Növbəsiz vaxtlara yazaq sizi. Həmin rəqqasə də “Mən uşağam? Qudurdunuz siz artıq?” deyib onlara. Məkan sahibləri də nəyə uğradıqlarına çaşıblar. Çünki aşırı mədəni insanlardır. Rəqqasə sonra da deyib ki “Mən bu cürə rəqqasəyəm. Siz məni qoyub, bu kobud adamları, kor-kobud şairəni çağırırsınız reklam üçün”. Onlar da həmin dəqiqə başa düşüblər ki, söhbət məndən gedir”. 

Nazilə Səfərli bildirib ki, bu məkanda həmin müddətdə ondan başqa qələm əhli olmayıb:

“Mən də məkandan 1 saat əvvəl çıxmışam. Oradan da reklam paylaşmışam. Bir sözlə, mən bildim həmin rəqqasə kimdir. Amma ad çəkməmişəm. Bilirsiniz, toyqabağıdır. Başımı belə insanlara görə məşğul etmək istəmirəm. Mən də sosial şəbəkədən yüngülcə mesaj göndərdim ki, “Ağıllı ol. Bir adam ki, səni üfürəndə uça bilərsən, niyə yerində durmursan? Sakit dur. Niyə özünü üfürdürsən”.
 

Bəli, yazmışam ki, mən kor-kobudam. Düzdür. Bizim vaxtında böyüyümüz olub. Vaxtında başımıızın üstündə böyük olmasaydı biz də stolların başında çıxıb, oynayardıq. Yiyəlilər stolların başına çıxmırlar.


Sənin ağırlığın məişət ağırlığı ola bilər. Qürur, “stoyka” ağırlığı səndə yoxdur. O, ağırlığı sən daşıya bilməzsən.

Mənasını başa düşməzsən. Mən oriyental sənətinə pis baxmıram. Amma rəqqasənin də bir kriteriyası var. Məsələn, Renka, Kama, Aygün, Aytən rəqs edəndə mən orada sənət görürəm. Deyirəm ki, bu adamlarda sənət var. Yəni, o sənəti başa düşənə göstərə bilirlər. O da səhnə performansı, vücud rəqsidir” - Nazilə Səfərli belə deyib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin