Əməkdar artist Aybəniz Haşımova Milli Onkologiya Mərkəsində müalicə olunan bacısından xəbər verib.
Bizim.Media xəbər verir ki, Aybəniz Haşımova bacısı Şəhlanın əməliyyatının uğurlu keçdiyini bildirib və bacısının xəstəxana palatasından görüntüsünü paylaşıb:
"Şəhla bacım ona etdiyiniz bütün dualara görə izləyicilərimə təşəkkür etdi. Allah hamınızdan razı olsun", - deyən Aybəniz Haşımova Milli Onkologiya Mərkəzinin rəhbərliyinə, bütün həkimlərə minnətdarlığını bildirib.
Aybəniz Haşımova bacıları ilə xəstəxana palatasından mahnı oxuyaraq paylaşım ediblər.
Bizim.Media