Çempionlar Liqasında 1/4 final və yarımfinal cütləri müəyyənləşdi – Püşkatmanın nəticələri 

Hazırda oxunan: Çempionlar Liqasında 1/4 final və yarımfinal cütləri müəyyənləşdi – Püşkatmanın nəticələri 

65501

UEFA Çempionlar Liqasında 1/4 final və yarımfinal mərhələlərinin püşkü atılıb. 

Bizim.Media-nın məlumatına görə, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə bu raundların cütlükləri bəlli olub. 

Turnirin son qalibi olan İngiltərə "Çelsi"si 1/4 finalda İspaniya nəhəngi "Real Madrid"lə üz-üzə gələcək. 

Püşkatma həmçinin final oyununun nominal meydan sahibi də bəlli olub.

Çempionlar Liqası 

1/4 final 

"Çelsi" (İngiltərə) - "Real Madrid" (İspaniya) 

"Mançester Siti" (İngiltərə) - "Atletiko" (Madrid, İspaniya) 

"Vilyarreal" (İspaniya) - "Bavariya" (Almaniya) 

"Benfika" (Portuqaliya) - "Liverpul" (İngiltərə) 

Yarımfinal 

1. "Mançester Siti" (İngiltərə) - "Atletiko" (Madrid, İspaniya) / "Çelsi" (İngiltərə) - "Real Madrid" (İspaniya) 

2. "Benfika" (Portuqaliya) - "Liverpul" (İngiltərə) / "Vilyarreal" (İspaniya) - "Bavariya" (Almaniya) 

Final 

2-ci cütün qalibi - 1-ci cütün qalibi 

Qeyd edək ki, 1/4 finalın ilk oyunları 5-6 apreldə, cavab qarşılaşmaları isə 12-13 apreldə gerçəkləşəcək. Yarımfinalın ilk görüşləri 26-27 apreldə, cavab qarşılaşmaları 3-4 mayda olacaq. Final mayın 28-də Fransanın paytaxtı Parisdəki "Stad de Frans"da olacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin