Azərbaycanda geniş pul kütləsi azaldı

Hazırda oxunan: Azərbaycanda geniş pul kütləsi azaldı

65485

Bu ilin mart ayının 1-nə Azərbaycanda geniş pul kütləsinin (M3) həcmi 33,884 mlrd. manat təşkil edib. 

Bizim.Media-nın Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi məlumata görə, fevralda bu göstərici 2,2% azalıb. İllik müqayisədə isə M3 18,6% artıb. 

Xatırladaq ki, Beynəlxalq Valyuta Fondunun (BVF) yenilənmiş proqnozlarına görə, bu il Azərbaycanda geniş mənada pul kütləsi həcmi 7,4% artacaq. 

Geniş pul kütləsi ölkədə dövriyyədə olan nağd və qeyri-nağd ödəniş vasitələrinin məcmusudur. Mərkəzi banklar, xüsusilə də pandemiya dövründə uçot dərəcələrini azaldaraq kreditləşməni stimullaşdırır, bununla da iqtisadi canlanma və artıma nail olmaq məqsədi güdür. 
İqtisadiyyatda pul kütləsi artdıqca, bizneslərin maliyyəyə çıxışı asanlaşır və iqtisadiyyatın böyüməyə meylləri çoxalır. Lakin geniş pul kütləsinin artımı real ÜDM istehsalının böyüməsini qabaqlayarsa, bu, inflyasiyaya yol aça bilər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin